Mə maska taxdılar, nə də məsafə qorudular
Tarix: 6-07-2020, 12:10



Şairə Nazilə Səfərli bağ evindən fotolarını sosial şəbəkədə yayımlayıb. 
UlduzumSan.Az-ın məlumatına görə, o, şəkillərdə tək yox, qonşuları ilə birgə olub. Qonşuları arasında müğənni Şəbnəm Tovuzlu da yer alıb.






Səfərli fotolara bu sözləri yazıb: “Sadəcə səhər yeməyi yemişik. Onu da çəkmədik ki, ayıbdır. Süfrədə olanlar yeməkdən sonra sadə çay və ağacdan yığdığımız meyvələrdir. Odur ki, ay bəziləri, paylaşımıma pis sözlər yazmaqla bizi yox, özünüzü biyabır etməyin”.





Onun bu sözləri izləyicilər tərəfindən cavabsız qalmayıb. Belə ki, bəziləri xoş, digərləri “Az yeyin” kimi şərhlər yazıblar.




Qeyd edək ki, tanınmışlar maska taxmamaları və məsafə qorumamaları ilə də diqqət çəkiblər.

Paylaş: