"Baş rollarda çıxış edən aktyorlar qadınları döyüb, söyüb, təcavüz edib, qəhrəman olurlar...Niyə?"
Tarix: 4-07-2020, 10:19



Tanınmış türk aktyoru Ozan Güvenin sevgilisi Deniz Bulutsuza ağır xəsarət yetirdikdən sonra, aktyor Kerem Bürsinin 2015-ci ildə - türk seriallarında qadına şiddət mövzusunda çıxış etdiyi fikirlər yenidən gündəmə gəlib.
Open.az xəbər verir ki, aktyor Kerem Bürsin: "Nədən baş rolları ifa edən kişilər qadınlara bağırıb, çağırıb onları vurur, söyür, təcavüz edir və sonra isə qəhrəman olurlar? Niyə bunları təbliğ edirik? Bu yanlışdır. Yüzdə yüz, yanlışdır" deyən tanınmış aktyor : "Seriallarda, filmlərdə siqareti, spirtli içkiləri göstərmək qadağan edilib. Çox düzdür. Çünki insanlar, xüsusilə də gənclərə pis nümunədir. Belə olan halda qadına qarşı şiddəti nəyə görə təbliğ edirik? Heç bu barədə düşünən olub? Seriallarda baş rolda çıxış edən kişi aktyorlar qadınları döyürlər, onları zorlayırlar, sonra da onları qəhrəman kimi təqdim edirlər... Bu haqsızlığı, qadın düşmənliyini aradan qaldırmaq lazımdır" deyən Kerem Bürsinin 5 il əvvəlki çıxışı ötən gün sosial şəbəkədə yenidən gündəm yaradıb.

Paylaş: