Xəstəxanaya getməkdən imtina edən Rusiyanın Xalq artistinin diaqnozu məlum oldu
Tarix: 4-07-2020, 10:18



Ötən gün RSFSR Xalq aristi, Moskva Estrada Teatrının Bədii Rəhbəri Gennadi Xazanovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılmışdı.
Open.az xəbər verir ki, iyulun 3-də vəziyyəti pisləşən Gennadi Xazanovun köməyinə təcili yardımın həkimləri gəlib. Məlum olub ki, aktyor təngənəfəslikdən əziyyət çəkir. Nəfəs ala bilməyən məşhur aktyoru əvvəlcə xəstəxanaya aparmaq istəyiblər. Amma G.Xazanov xəstəxanaya getməkdən imtina edib.
Həkimlərin diaqnozu ürək fəaliyyətinin pozulması olub. Ev şəraitində müalicə alan 74 yaşlı sənətkarın vəziyyəti hazırda stabildir.


Xəstəxanaya getməkdən imtina edən Rusiyanın Xalq artistinin diaqnozu məlum oldu


Qeyd edək ki, Gennadi Xazanov görkəmli Sovet və Rus aktyoru, teleaparıcı və ictimai xadimdir. 1997-ci ildən Moskva Estrada Teatrının Bədii Rəhbəridir.
Çoxsaylı film və tamaşalarda rol alan aktyorun səsi ilə bir neçə nəslin balaca tamaşaçıları böyüyüb. Belə ki, Xazanov sevimli cizgi filmi olan "Tutuquşu Keşa"da Keşanı yaradıb.

Paylaş: