“Onun düşüncəsi ancaq xeyirxahlıqdı ki, kiməsə nəsə kömək etsin...”
Tarix: 4-07-2020, 08:51



“Onun saf, bulaq kimi ürəyi var. Düşüncəsi ancaq xeyirxahlıqdı ki, kiməsə nəsə kömək etsin, heç kimin ürəyini qırmır və hətta inanmıram ki, o həyatda bir qarışqanı belə tapdalasın, bir kəpənəyin qanadını qırsın”

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum gününü təbrik edərkən deyib. 

B.Vəziroğlu Leyla xanımın həmçinin gözəl şeirlər müəllifi olduğunu bildirib:

“Həyatda həmişə çalışmışam ki, xeyirxah, yaxşı, təmizürəkli adamlarla dost olum və Leyla xanım da o sırada birincilərdən birincisidir. Onun saf, bulaq kimi ürəyi var. Düşüncəsi ancaq xeyirxahlıqdı ki, kiməsə nəsə kömək etsin, heç kimin ürəyini qırmır və hətta inanmıram ki, o həyatda bir qarışqanı belə tapdalasın, bir kəpənəyin qanadını qırsın. Təsadüfi də deyil ki, onun kurasiya etdiyi sahələr təbiəti, heyavanat aləmini qorumaqla, yaradıcı insanlara kömək etməklə bağlıdır. Onu bir də şeirlərini oxuyanda kəşf elədim. Mərhum babası sağ olanda ona yazdığı şeiri oxuyanda hiss etdim ki, onda çox yüksək poetik istedadı var. Biz o şeiri mahnıya çevirdik. H.Əliyev vəfat edəndən sonra ona ilk elegiyanı Leyla xanım yazdı və gördüm onda necə böyük ürək var. O şeirdə bütün onun məhəbbəti ehtiramı əks olumuşdu. Kamal müəllimlə qərara gəldik ki, biz bunu tez mahnıya çevirək. Bu həqiqətən də Heydər Əliyev haqqında gözəl bir elegiyaya çevrildi və Xalq artisti Ağadadaş Ağayev ifa etdi. 
Bundan sonra bizim şəxsi və yaradıcılıq dostluğumuz başladı və onun ən yaxşı şeirlərini tərcümə etdim, bir çoxları nəğməyə çevrildi. Çox qəribədir ki, kitabın da mənə bağışlayanda yazmışdı ki, “mənim ən gözəl tərcüməçim olan Baba müəllim üçün”. Düşünürəm ki, Leyla xanım Azərbaycan dilini bizim qədər olmasa da, ürəyində çox gözəl duyur və tərcümələri bir-birindən fərqləndirə bilir. Onun şeirlərini də rus dilindən Azərbaycan dilinə çevirmək çox asandır, çünki onu yazan azərbaycanlıdır axı. O, bir kitabını da mənə göndərib və istəyirəm ki, onu tərcümə edim. Kitab “Ulduzlar qanadım olsaydı mənim” adlanır. Leyla xanımı doğum günü münasibətilə təbrik edirəm, gözəl missiyasını davam etdirməyi arzu edirəm. Onun gördüyü işlər əksər məmurların işlərindən daha faydalıdır.  Leyla xanım öz-özünə, balalarına nə arzulayırsa, mən də ona onu arzulayıram. Gözəl anadır, ictimai xadimdir və nəhayət xeyirxahlıq mələyidir. Doğum günümdə  məni ilk təbrik edən elə Leyla xanım oldu, bir rəsm də çəkmişdi. Bilirsiniz ki, Leyla xanım həm də gözəl şəkillər çəkir. Bu gün mənim də ona bir vəfa borcum var və onu ürəkdən təbrik edirəm”.

Paylaş: