"Səhhətimdəki problemlərə görə Mədəniyyət Nazirliyindəki işimdən də çıxdım..."
Tarix: 4-07-2020, 08:48



Dünən professor Cəmil Quliyevin doğum günü idi. 

C.Quliyev 1963-cü ildə anadan olub. Moderator.az-a açıqlamasında C.Quliyev rayonda istirahət etdiyini bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü elə də xüsusi olaraq qeyd etmirəm, anamın yanındayam. Qızım da ayrı yaşayır. Səhhətimdə müəyyən problemlər var idi və ona görə də Mədəniyyət Nazirliyindəki işimdən də çıxdım. Müalicələrim davam edir və inanıram ki, hər şey yaxşı olacaq. İndi ölkəmizdə pandemiyaya görə vəziyyət çətinləşib, mən də narahatam. İnşallah hər şey yaxşı olar”.

Qeyd edək ki, C.Quliyev “Mədəniyyət” kanalının və İctimai Televiziyanın  baş direktoru olub. Sonuncu dəfə “Azərbaycanfilm” kinostudiyasına direktor təyin olunsa da, səhhətiylə bağlı işindən çıxıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. O, üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Paylaş: