Köksən deyənlərin acığına bikinili FOTOsunu paylaşdı
Tarix: 3-07-2020, 19:06




Türkiyəli məşhur aktrisa Pelin Karahan cəsur paylaşımı ilə gündəmə gəlib.

UlduzumSan.Az ölkə.az-a istinadən bildirir ki, karantin müddətini evində ailəsi ilə birlikdə keçirən aktrisa tətilə yollanıb. Çimərlikdə paparazzilərə tuş gələn Pelin kölgədə görüntüləndiyi üçün kilololarına görə tənqid edilib.

35 yaşlı aktrisa ona ''Köksən'' deyənlərin acığına ideal bədən quruluşunu nümayiş etdirən bikinili fotosunu ''İnstagram'' hesabında yayımlayıb. İzləyiciləri iki uşaq anası olan Pelini tərif yağışına tutublar.

Köksən deyənlərin acığına bikinili FOTOsunu paylaşdı


Paylaş: