"Oxuyan kimi, çağırıb cərimə yazırlar"
Tarix: 3-07-2020, 18:08



"Elə dövrdür ki, oxuya bilmirik. Oxuyan kimi, çağırıb cərimə yazırlar". 
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə canlı yayım zamanı deyib. İfaçı oxumaq, məşq etmək üçün bir araya gələ bilməmələrindən gileylənib: "Çıxıb oxuyursan, polis yığır ki, "gəl bura". Musiqiçiləri yığıb məşq də edə bilmirəm. Deyəcəklər, sosial məsafə qorunmayıb. Heç yerdə oxumaq olmaz. Bu qaydalar ancaq müğənnilərə aiddir?! Marketə gedirəm, işçilər maska taxmır. Bu yaxınlarda marketdə baxıram ki, kassada təcili yardım işçiləri dayanıb, maska, əlcək yoxdur. İstədim sosial şəbəkədə paylaşım, sonra etmədim. Avtobuslarda insanlar bir-birinə yapışır, məsafə qorunmur". 
Həmin görüntüləri təqdim edirik:

https://ok.ru/video/1761165838954​​​

Paylaş: