Serialının yayımı dayandırıldı
Tarix: 2-07-2020, 17:55



Türkiyəli məşhur aktyor Erkan Petekkayanın baş rol ifaçısı olduğu “Gel Dese Aşk” adlı serialının yayımı dayandırılıb.

BiG.AZ xəbər verir ki, sadəcə 5 bölüm yayımlanan serial reytinqinin aşağı olması səbəbindən final qərarı alaraq ekranlarla vidalaşıb.

Qeyd edək ki, 49 yaşlı Erkan Petekkaya ölkəmizdə də izlənilən “Öyle Bir Geçer Zaman ki”, “Dila Hanım”, “Paramparça” kimi məşhur seriallarda baş rolları ifa edib.

Paylaş: