"Allah virusun və onu yaradanın başına daş salsın"
Tarix: 2-07-2020, 17:44



Müğənni Niyam Salami koronavirusun onu maddi cəhətdən pis vəziyyətdə qoyduğunu bildirib. 
Yenisabah.az xəbər verir ki, Xəzər TVdə yayımlanan "5/5" verilişində qonaq olan ifaçı virusa lənət oxuyub:
"Yalandan gülüb-danışırıq, amma pis durumdayıq. Sənətkar deyiləm, amma sənətkarlara baxıram, ürəyim ağrıyır. Onlar nə edir deyə fikirləşirəm. Allah virusun və onu yaradanın başına daş salsın. Acından ölmürəm. Elə bir oğulam ki, dostlarım qoymaz ac qalım".

Paylaş: