Miri Yusifin yoldaşı blogerliyə başladı
Tarix: 2-07-2020, 17:03



Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva “food bloger”liyə başlayıb.
 
Primetime.az xəbər verir ki, o, İnstaqramda bloq açaraq, müntəzəm olaraq hazırladığı təamları izləyiciləri ilə bölüşür.
 
"Son günlər hamımız evdə oturarkən darıxmayaq deyə yemək bişiririk və çoxlarımız aşpaz olacaq səviyyəyə çatırıq. Bu vəziyyəti nəzərə alaraq bu blogu hazırlamağın tam zamanının indi olduğunu düşündüm. Yemək bişirmək - bu mənim məcburi olduğum üçün etdiyim deyil, həmişə zövq alaraq etdiyim bir iş olub. Yemək bişirərkən mən anı yaşayıram, həmin andan zövq alıram və o anları sözlərlə ifadə etmək yetərli olmayacaq bilirəm. Ona görə də qərar verdim niyə də hazırladığım yeməklərlə duyğularımı ifadə etməyim".
 
Qeyd edək ki, məşhur cütlüyün nikahından 3 övladı var.
 

 

 

 

 

 

Paylaş: