Seyran meksikalı müğənni üçün klip çəkdi
Tarix: 2-07-2020, 12:35



Müğənni Seyran İsmayılxanov özünü rejissor kimi sınayıb.
UlduzumSan.Az xəbər verir ki, Almaniyada yaşayıb, orada fəaliyyət göstərən Seyran  dostu  meksikalı müğənni  Kim Moralesin klipinin rejissoru olub. Bu barədə  Seyranın özü məlumat verib: "Əlimizdəki imkanlar daxilində məncə, gözəl layihə alınıb. Əməyi keçən hər kəsə minnətdaram".
Qeyd edək ki, Seyran İsmayılxanov İsmayıl Nəcəfov gənc və istedadlı müğənnidir. O, bir neçə dəfə "Avroviziya"nın Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. O, Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə çıxış edib.

 

Paylaş: