"Sevdiyim insanı itirdim, ana ola bilmədim"
Tarix: 2-07-2020, 11:22



"Gənc yaşımda möhtəşəm sevgini yaşamışam. Amma sevdiyim insanı da tez itirmişəm. Ondan sonra mənim üçün o kitab qapanıb. Heç bir zaman gəlinlik geyinmək arzum da olmayıb" .
Lent.az -ın məlumatına görə, bu sözləri müğənni İlahə Fəda "Show news" verilişində şəxsi həyatından danışanda deyib. O bildirib ki, ana olmaq arzusu çin olmayıb: "Övladım yoxdur. Allah mənə o qabiliyyəti vermədi. Buna görə də heç peşman deyiləm. Ən gözəlini Allah bilir. Hər zaman bacılarıma ana olmuşam. Bacılarımın 4 gözəl oğlanları var. Övladlığa uşaq götürmədim. O cəsarətin altına girmədim".



Paylaş: