"Survivor 2020"nin yarışmacısı dünya rekordunu təzələdi
Tarix: 2-07-2020, 10:10



“Survivor 2020” yarışmasının iddialı üzvlərindən aktyor Barış Murat Yağcının yarışdan əvvəlki paylaşımı dünya şöhrətli müğənni və aktrisa Selena Qomezin rekordunu yeniləyib.

Open.az xəbər verir ki, Barış Murat "Survivor" yarışmasına qatılacağı haqda "İnstaqram" hesabında paylaşım edib.
Onun paylaşımına 10 milyona yaxın rəy yazılıb. Bu rəy sayı ilə Barış Murat dünyada ən çox rəy gələn paylaşımın sahibi olub. İndiyə qədər məşhur müğənni Selena Qomez, futbolçu Dieqo Kostanın paylaşımları ən çox rəy alan postlar idi. Lakin Barışın bu paylaşımı statistikanı təzələyərək yeni rekorda imza atıb.

Paylaş: