"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım”
Tarix: 17-10-2017, 13:07


"Maşın şou"dan uzaqlaşdırılan jurnalist Ülviyyə Alovlu veriliş haqqında fikirlərini bölüşüb.
 
AZXEBER.COM xəbər verir ki, jurnalist oyun zamanı haqsızlıqların çox olduğunu qeyd edib.
 
"Şouda mənə dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Heç kəs məni qınamasın. O bataqlıqdan çıxmağa fürsət axtarırdım, çünki bilmədəyiniz, görmədiyiniz çox iyrənc oyunlar gedirdi. Günlərlə haqsızlıqlarla mübarizə apardıqca özümdə batırdım. Bir gün ayıldım ki, ya onlar kimi olmalıyam, ya da qaçıb canımı qurtarmalıyam. Çünki bu cığallıqlara qarşı çıxdığım efirin fraqmentlərini görəndə bir xanım kimi özüm özümdən utandım. Haqq istədiyim halda, özüm də nahaq görünməyə başlamışdım.”
 
Jurnalist onu şoudan uzaqlaşdıran İlkin Misgərli haqda da danışıb: "İlkin Misgərlinin də ona dəyməyəcəyimə sözlü olduğum halda mənə qarşı çıxdı. Mənim üçün bu dünyada bir həqiqət var, o da dürüstlükdür. Bəlkə mən idealistəm amma mən beləyəm və dəyişmək fikrim də yoxdur.”
 
Qeyd edək ki, səs verməyə çıxan aktyor İlkin Misgərli səs toplayaraq şoudan Ülviyyə Alovlunu oyundan kənarlaşdırıb.


Paylaş: