Zülfiyyə “Ata ocağı”ndan getdi
Tarix: 1-07-2020, 13:26



Aktrisa Zülfiyyə Qurbanova “Ata ocağı” serialından gedib.
Musavat.com xəbər verir ki, aktrisa ekran işinin dördüncü mövsümündə yer almayacaq.
“Daha bir hekayənin, daha bir yolun sonuna gəldik. “Ata ocağı” serialı dördüncü mövsümə getməsinə baxmayaraq, mənim hekayəm bitdiyinə görə hekayəmizi burada sonlandırdıq. Əziz kollektivim, bu iki il ərzində sizdən ancaq sevgi və hörmət gördüm. Sizi hər zaman sevgi ilə xatırlayacam. Bir yolun sonuna başqa yolun başlanğıcına çıxmaq üçün çatırlar. Yeni həyat hekayələrində, yeni talelərdə, yeni ekran işlərində görüşmək diləyi ilə serialdan ayrılıram”,- deyə aktrisa bildirib.
Qeyd edək ki, Z. Qurbanova “Ata ocağı”nda Ləman obrazını canlandırırdı.

Paylaş: