“Şalvarınızın içində nə olduğu məni maraqlandırmır”
Tarix: 1-07-2020, 13:07



Amerikalı məşhur müğənni Maykl Ceksonun qızı Paris Cekson şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, sevgilisi Qabriel Qlennlə birlikdə "Facebook" yayımına qatılan 22 yaşlı Paris bir kişi ilə münasibətdə ola biləcəyini heç vaxt təsəvvür etmədiyini, lakin bunun başına gəldiyini vurğulayıb:
"Bir kişi ilə birlikdə yaşaya biləcəyimi düşünməmişdim. Həmişə qadınla evlənəcəyimi düşünürdüm. Kişilərdən daha çox qadınlarla sevgili oldum. İnsanların çoxu münasibətimi bilmir. Bir dəfə penisi olmayan adamla flört etmişdim. Şalvarınızın içində nə olduğu məni maraqlandırmır. Böyümə müddətində cinsəlliklə bağlı problemlər yaşadım. Qadın və kişiləri sadəcə televizorda yan-yana görürük".

Paylaş: