İlk dəfə özünü oynayacaq
Tarix: 30-06-2020, 18:23



Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün karyerasında ilk dəfə özünü canlandıracaq.

BiG.AZ xəbər verir ki, “Star TV”nin tezliklə başlayacaq “Menajerimi Arayın” adlı yeni serialında 38 yaşlı aktrisa qonaq oyunçu kimi kameraların qarşısına keçəcək. Tuba Büyüküstün burada özü olaraq çəkiləcək.

Qeyd edək ki, “Ay Yapım”ın çəkdiyi serialda Barış Falay, Canan Ergüder, Fatih Artman, Ahsen Eroğlu kimi məşhur aktyorlar çəkiləcək. Senarisini Yeşim Çıtak və Yelda Eroğlunun qələmə aldığı serialın rejissoru isə Ali Bilgin olacaq.

Paylaş: