11-ci mərtəbədən yıxılan 40 yaşlı aktyor həlak oldu
Tarix: 30-06-2020, 16:35



Rusiyalı aktyor və xoreoqraf Maksim Parfenov yaşadığı evin 11-ci mərtəbəsindən yıxılaraq, faciəli şəkildə həlak olub.
Open.az xəbər verir ki, aktyorun meyiti bu gün səhər tapılıb. Şahidlərin sözlərinə görə, aktyor bir anda yuxarıdan yerə çırpılıb.
Qeyd edək ki, 40 yaşlı Maksim Parfenov Rusiya Dövlət Akademik Xalq Rəqsləri Ansamblının solisti olub. Həmçinin rejissor və aktyor kimi çalışan Maksim Parfenov son illər serial və filmlərdə də müxtəlif obrazlar ifa edib.
Mərhum aktyor iyulun 2-də dəfn ediləcək.



11-ci mərtəbədən yıxılan 40 yaşlı aktyor həlak oldu

Paylaş: