Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu
Tarix: 30-06-2020, 12:45



Rusiyanın tanınmış müğənnisi Anita Soy koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bunu “RİA Novosti”yə onun mətbuat katibi Anna Krujel bildirib.
“Anita COVID-19 diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib”, - mətbuat katibi deyib.
Onun sözlərinə görə, müğənni pandemiyanın ilk günüdən özünü təcrid tədbirlərinə əməl edib: “Onun harada yoluxduğunu demək çətindir”. 

Paylaş: