"Qızlar evdə qalıb, məni kim alacaq?"
Tarix: 30-06-2020, 11:11



Azərbaycanlı rəqqasə Renka şəxsi həyatından danışıb.
Lent.az -a açıqlama verən rəqqasə bildirib ki, qadın kimi xoşbəxt deyil:
"Bir evdar qadın kimi xoşbəxt deyiləm. Bəzən istəyirəm ki, mən də evimdə xanım olum. Güclü olmaqdan yorulmuşam. Uşaqlarıma tək özüm baxıram. Yaxşı ki, bacım da var. O mənə dəstək olur. Anam, atam da məni dəstəkləyir. Bəzən oğlumla dil tapa bilmirəm, o zaman çox ağlayıram. O zaman düşünürəm ki, atasız uşaq böyütmək çox çətindir".
Rəqqasə daha sonra bildirib ki, yenidən ailə qurmayacaq: "Gül kimi qızlar evdə qalıb, məni kim alacaq? Niyə ailə qurmaq sualını mənə çox verirlər? Heç vaxt ərə getmərəm. Uşaqlarım var".

Paylaş: