Göbək rəqqasəsi milli və ailə dəyərlərini tapdadığına görə HƏBS EDİLDİ
Tarix: 30-06-2020, 08:58



Misirli estrada rəqqasəsi Sama əl-Masri sosial şəbəkələrdə əxlaqsızlıq  və mənəviyyatsızlııq təbliğ etdiyi üçün 3 il müddətinə azadlıqan məhrum olunub. 

Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb. 

Əxlaqsız rəqqasə aprel ayında sosial şəbəkələrdə yayılan video və fotolarının araşdırılması zamanı həbs olunmuşdu. Dövlət ittihamçısı materiallarda cinsi əxlaqsızlıq məzmunu tapıb. Üstəlik, 1800 dollar cərimə olunmuş  42 yaşlı rəqqasə iddiaları rədd edərək video-görüntülərin oğurlandığını və onun razılığı olmadan telefonunda yayımlandığını söyləyib. 

27 iyun şənbə günü Qahirə Məhkəməsi qadının Misir ailəsinin prinsiplərini və milli dəyərlərini pozduğunu, əxlaqsızlığın təbliği üçün veb-sayt və sosial şəbəkələrdə hesablar yaratdığını və  onları idarə etdiyini  bildirib.  

"Azadlıq və əxlaqsızlıq arasında çox böyük bir fərq var"-  rəqqasəyə qarşı  iddia qaldırmış parlament üzvü Con Tələt belə deyib. Onun sözlərinə görə, rəqqasə Əl-Masri və digər bu kimi “məşhur”  şəxslər sosial şəbəkələr vasitəsilə  milli ailə dəyər və adət-ənənələrini  məhv edir, həmçinin, qanun və konstitusiya ilə qadağan olunmuş tədbirlər  həyata keçirir.

Paylaş: