“Kobra Pərviz” gələn il də “Survivor”a qatılacaq
Tarix: 29-06-2020, 19:25



"Survivor" yarışmasından ayrıaln kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev hələ də Azərbaycana dönməyib. 
Yenisabah.az xəbər verir ki, o, bu barədə idmançı Kamil Zeynallının sosial şəbəkədə paylaşdığı görüntülərdə məlumat verib. Həmyerlimiz yarışmanın finalına qədər Bakıya qayıtmayacağını bildirib: "İstanbuldayam, iyulun 13-14-də finaldır. Onu gözləyirəm. Ondan sonra Bakıya qayıdacağam".
Qeyd edək ki, “Kobra Pərviz” ləqəbli həmyerlimiz Acun Ilıcalının “Survivor” layihəsini aprelin əvvəli tərk edib. O, həmçinin gələn il yenidən yarışmaya qatılacağını da açıqlayıb.

Paylaş: