Nazəninin qardaşı koronavirusdan rəhmətə gedib? - AÇIQLAMA
Tarix: 29-06-2020, 17:15



Müğənni Nazəninin qardaşı rəhmətə gedib.

BiG.AZ xəbər verir ki, müğənni bu barədə sosial media hesabında yazıb. Son zamanlar koronavirusdan ölənlərin sayında artım müşahidə edildiyindən izləyicilərdən bəziləri Nazəninin qardaşının məhz bu səbəbdən rəhmətə getdiyini iddia edib.

Məsələ ilə bağlı Nazəninlə əlaqə saxladıq. Müğənninin köməkçisi Pərviz BiG.AZ-a özəl açıqlama verib. O, bildirib ki, Nazəninin qardaşı koronavirusdan deyil uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib:

"Koronavirusdan rəhmətə getməyib. Uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib. Bir müddət özəl xəstəxanaların birində müalicə alırdI. Üç gün öncə həkim təyinatı ilə evə buraxılıb. Bu gün isə rəhmətə gedib".

Paylaş: