Emin bir ilə 3 milyondan çox qazanıb
Tarix: 29-06-2020, 17:11



Dünyaca məşhur “Forbes” jurnalının Rusiya versiyası mədəniyyət və idman sahəsində ən çox gəlir əldə edənlərin siyahısını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, araşdırma 40 yaşadək olan tanınmışlar arasında aparılıb. 

Siyahıda Xalq artisti Emin Ağalarov da yer alıb. Bir il ərzində 3,1 milyon dollar qazanan sənətçi  29-cu sırada qərarlaşıb. Həmçinin müğənni barədə 2 485 xəbər dərc edilib və sosial şəbəkədəki reytinqi 6, 84 baldır.
İdmançı Həbib Nurməhəmmədov 16,5 milyon dollar qazancı ilə siyahıda birincidir.

Paylaş: