"İndi də məni xalq düşməni etmək istəyirsiniz?"
Tarix: 29-06-2020, 15:18

Hər zaman geyimləri ilə gündəmə gələn aktrisa Pərvin Abıyeva yenə də geyimi ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotosunu paylaşıb. Fotoda Pərvinin geyimi müzakirəyə səbəb olub. Belə ki, Pərvinin geyindiyi geyimdə narıncı və göy rəngləri əks olunub.

İzləyicilər isə bunu Ermənistan bayrağının rəngləri olduğunu zənn edib aktrisanı tənqid atəşinə tutublar.

İzləyicilərdən biri "Bu nədir? Biabırçılıqdır...erməni bayrağı köynəyinizdə necə paylaşırsız? Ayıb deyil?" sözlərini yazıb.

Pərvinin cavabı isə çox çəkmədən yerini alıb: "Sənin başın deyəsən xarabdır. Bir bu qalmışdı, indi də məni xalq düşməni etmək istəyirsiniz? Daltoniksən, get, özünü müalicə etdir".

Qeyd edək ki, sözügedən bayrağın rəngi əslində qırmızı, göy və sarı rənglərindən ibarətdir. Aktrisanın geyimindəki rəng isə narıncı və göy rəngdən ibarətdir.

"İndi də məni xalq düşməni etmək istəyirsiniz?" - Pərvin onu tənqid edənlərə CAVAB VERDİ - FOTOLAR

Paylaş: