“Fəxrəddin Manafov və xanımı kimi bir-birini sevən cütlük görməmişəm”
Tarix: 29-06-2020, 12:21




Xalq artisti Fəxrəddin Manafovun xanımının doğum günü olub. UlduzumSan.Az-ın məlumatına görə, bu münasibətlə aktyorun həyat yoldaşını aparıcı Hacı Nuran sosial şəbəkədə təbrik edib.





O, cütlüyün şəkillərini “İnstagram” səhifəsində yayımlayaraq bu sözləri yazıb: “Bu həyatda çox sevgilər gördüm. Amma onlarınkı kimisinə heç rast gəlmədim. Bu həyatda çox qadınlar gördüm. Amma onun kimi həyat yoldaşına bağlı olanını görmədim.





Bu həyatda çox kişilər gördüm. Amma onun kimi qadınını sevən, ona heyran olan çox az kişi gördüm. O, iki insan mənə doğmam qədər əzizdir. Ən ləziz tikələrini dostları ilə bölən, son qəpiklərini yaxınından əsirgəməyən cütlükdü onlardır.





Söhbət Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov və onun ömür-gün yoldaşı Vahidə Sadıqovadan gedir.





Deyirlər, qadından yaş soruşmazlar. O, isə heç vaxt yaşını gizlətmədi. Qürurla, fəxrlə qeyd etdi ki, 65 yaşı tamam olur.





Vahidə xanımın özü də adı kimi vahid insandır, bənzərsizdir.





Bənzərsiz olmasaydı Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? Əlbəttə, yox... Mənim üçün əziz, dəyərli olan insan, anam qədər doğma qadın., doğum günün mübarək!”






Paylaş: