Meqastar "Sultan"ın doğum gününü belə təbrik etdi
Tarix: 29-06-2020, 09:48



Meqastar Tarkan sosial media hesabından türk kinosunun Sultanı adlandırlan Türkan Şorayı təbrik edib.
Open.az xəbər verir ki, Türkan Şorayın doğum günü münasibətilə paylaşım edən Tarkan: "Daha neçə sağlıqlı illər və xoşbəxtlik diləyirəm, Sultanım... Sən nə yaxşı ki, doğulmusan, nə yaxşı ki, varsan. Səni çox sevirik" yazaraq, ürəkdən gələn təbrikini Türkan Şoraya ünvanlayıb.
Tarkanın təbrik mesajına cavab yazan Türkan Şoray isə: " Canım Tarkan, mənim də səni çox sevdiyimi bilirsən. Doğum günümü təbrik etməyin məni nə qədər xoşbəxt etdi, bunu sözlərlə ifadə edə bilmərəm. Səni ilk gördüyümdə təvəzökarlığın, minlərcə dəfə işıq saçan gözlərindən, istiqanlılığından çox təsirlənmişdim. Səni çox sevirəm. Zatən səni dünya çox sevir. Sən bizim qürurumuzsan. Təşəkkür edirəm. Çox öpürəm". yazaraq, meqastara cavab verib.
Qeyd edək ki, ötən gün türk kinosunun Sultanı Türkan Şorayın 75 yaşı tamam olub.



Meqastar  Sultan

Paylaş: