“Hər bir sənət adamının yaradıcılığının bir istiqaməti də vətənpərvərliklə bağlı olmalıdır...”
Tarix: 27-06-2020, 08:37



“Mən hər zaman qeyd edirəm ki, ölkənin ən çətin anlarında sənət adamları, şairləri, muğam ifaçıları cəbhə bölgələrində əsgərlərimizin yanında olublar”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, muğam ustadı Təyyar Bayramov deyib. 

Muğam ifaçısı hər zaman cəbhə bölgəsində əsgərlərimizə baş çəkərək onlara ifalar təqdim etdiyini bildirib:

“Hər bir sənət adamının yaradıcılığının bir istiqaməti də vətənpərvərliklə bağlı olmalıdır. Mən hər zaman qeyd edirəm ki, ölkənin ən çətin anlarında sənət adamları, şairləri, muğam ifaçıları cəbhə bölgələrində əsgərlərimizin yanında olublar. Vətənpərvərlik ruhunun aşılanması üçün bu istiqamətdə mən hər zaman tədbirlərdə iştirak etmişəm. Mən ifa etiyim mahnılarımın əksəriyyəti vətənpərvərlik mövzusundadır. Demək olar repertuarımın səksən faizini bu cür mahnılar təşkil edir. Hər bir sənət adamında da bunlar mütləqdir. Bu gün tələbəm olan gənc ifaçılara da tövsiyə edirəm ki, bu istiqamətdə daha çox mahnılar ifa etsinlər. Mən də Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm”.

Paylaş: