Xalq artisti və qızı Türkiyədə konsert verəcək
Tarix: 17-10-2017, 09:47


Xalq artisti, ustad xanəndə Alim Qasımov səfərə hazırlaşır.

O, qızı əməkdar artist Fərqanə Qasımova ilə Türkiyə turuna start verəcək.
Dünya şöhrətli sənətkarların konserti noyabrın 5-i İstanbulun Bahçeşehir Kültür Sanat Merkezində baş tutacaq.
Konsert proqramında Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarını və təsnifləri ifa edəcək.
Prime-Time

Paylaş: