"Bizim rejissorlar aktyorla razılaşmayanda təsadüfi adamları filmə çəkirlər..."
Tarix: 26-06-2020, 08:24



“Türklərin seriallarına hələ ki, çata bilməmişik, çünki onlarda serial çəkilişlərində böyük pullar xərclənir. Onlarda aktyora filmə çəkilmək üçün pul xərcləyirlər. Amma bizim rejissorlar aktyorla razılaşmayanda təsadüfi adamları filmə çəkirlər”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Novruz deyib. Aktyor müstəqillik dövründə çəkilən seriallarımızın getdikcə, inkişaf etdiyini bildirib:

“Çəkildiyim serialların reytinqi elə olub ki, “Maşın” realiti şousuyla bərabər olub. Birdən birə serial inkişaf etmir, yavaş-yavaş hər şey öz yerini tapacaq. Türklərin ilk seriallarını xatırlayırsınızmı, adam baxmaq istəmirdi. Sonradan gedib inkişaf edib kifayət qədər baxımlı seriallar çəkdilər. Məsələn, bizdə “İmtahan” serialı var, gənc aktyorlarımız orda elə gözəl oynayırlar mən şəxsən ona həvəslə baxıram. Bizim gənc istedadlı uşaqlarımız çoxdur. Türklərin seriallarına hələ ki, çata bilməmişik, çünki onlarda serial çəkilişlərində böyük pullar xərclənir. Onlarda aktyora filmə çəkilmək üçün pul xərcləyirlər. Amma bizim rejissorlar aktyorla razılaşmayanda təsadüfi adamları filmə çəkirlər. Üzeyir bəy niyə dahi idi, çünki onun içində bəstəkar olmaq istəyi olub və gedib Leninqıradda oxuyub. İndi isə kimin varlı qohumu, tanışı var deyir ki, mən rejissoram və film çəkirəm. Yəni bunlar hamısı bir-birinə bağlı olan şeylərdir. Aktyor sarıdan heç bir millət korluq çəkmir. Talantlı aktyor bütün millətlərdə var. Mən indiki filmlərə daha həvəslə baxıram, nəinki köhnə şedevr dediyimiz filmlərə. Bizim köhnə filmlərimizdə “xaltura” olmadığı üçün yaxşı çəkilib”. 


Paylaş: