Sərxan Kərəmoğlu: "Koronavirus belimi qırdı, dostlarım olmasa, bataram”
Tarix: 25-06-2020, 11:55



“Koronavirus hamımızın belini qırdı, evdə oturmuşam. Rusiyadakı dostlarım olmasa, mən də bataram. Yoxsa ki, burada kimdənsə nəsə istəyə bilmərəm. Şou-biznesdəkilərin 60-70 faizi toyla dolanırdılar. Hamı bir-birinə bağlıdır. İndi də toylar yoxdur. Düzdür, mütəmadi toylara getmirdim, amma yeni-yeni başlamışdım. Durub bir işə düşsəm, kimdənsə pul istəməyə üzüm də olmaz. Çünki heç kimdə yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparcı və şoumen Sərxan Kərəmoğlu bildirib.
Kərəmoğlu pandemiyanın tüğyan etdiyi belə bir ərəfədə bəzi insanları da qınayıb:
“Belə bir vaxtda bir-birimizə dəstək olmalıyıq, mərhəmətimizi əsirgəməməliyik. Amma insanlar var ki, kirayənişini evindən çıxarır, bayıra atır. Dünyanın axırıdır bəyəm, bir ay kimdənsə pul almasan, dünya dağılar? Düzdür, müəyyən vaxtda imkansız ailələrə əl tutanlar da oldu. Amma bəziləri də bunu reklam xatirinə etdi”.

Paylaş: