“Hər gecə sağ qalmağımız üçün dua edirəm” - Xalq artisti
Tarix: 24-06-2020, 17:36




"Hər gecə Allaha yalvarıram ki, pandemiyadan sağ-salamat çıxaq".
Bunu Azvision.az -a Xalq artisti Firəngiz Mütəllimova karantin günlərindən danışarkən deyib.

Tanınmış aktrisa bildirib ki, xüsusi risk qrupuna aid olduğu üçün evdən çölə çıxmır: "Ağır əməliyyat keçirmişəm. Mənə təmiz hava lazımdır ki, beynimə oksigen getsin. Ancaq virusun yayılması ilə əlaqədar çölə çıxa bimərəm. Mən xüsusi risk qrupuna aidəm. Özümü təcrid etmişəm. Yalnız vacib iş olanda evdən çıxıram və tez bir zamanda geri qayıdıram. Ağzımda maska, cibimdə spirt olur. Son günlər artım çoxdur, hər gün bunları görüb, pis oluram. Hər axşam evdə dua edirəm".

F. Mütəllimova boş vaxtlarını muncuqdan əl işləri hazırlamaqla keçirir: "Evdə muncuqlarla əl işləri hazırlayıram, başımı qatıram. Bütün günü sosial şəbəkələrdəyəm, xəbərləri oxuyuram. Televizora baxıram. Qeyri-adi yeməklər bişirirəm ki, təki vaxt keçsin. Səliqə-səhmana fikir verənəm, amma indi əlim gəlmir, həvəsim yoxdur. Eyvana çıxıram, ürəyim sıxılır, yenidən içəri girirəm. Belə vəziyyət mənə çətindir. Allaha yalvarıram ki, bu bəla tezliklə yox olsun. Təmiz havada qorxmadan, rahat nəfəs alıb, gəzməkdən başqa heç nə istəmirəm".


Paylaş: