Özcan Deniz ekranlara qayıdır
Tarix: 24-06-2020, 11:43



Uzun müddətdir ekranlardan uzaq olan Türkiyənin sevilən sənətçisi Özcan Deniz yeni serial ilə geri qayıdır.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Özcan Denizin həm rejissoru, həm də prodüseri olacağı yeni serialın adı “Seni Çok Bekledim” olacaq. Serial “Star TV” kanalında yayımlanacaq.

Xatırladaq ki, 48 yaşlı sənətçinin bundan əvvəl çəkildiyi “Kaderimin Yazıldığı Gün” və “İstanbullu Gelin” serialları da “Star TV”də yayımlanmışdı.

Paylaş: