50 yaşlı Zülfiyyə Xanbabayeva
Tarix: 16-10-2017, 18:01


Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günüdür. 

Sənətçi 50 yaşını qeyd edir.
Qeyd edək ki, Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub.
1988-ci ildə “Bakı Payızı-88” musabiqəsində iştirak edərək finala çıxıb. 1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin “Aypara” qrupunda cıxış etməyə başlayır.
2003-cü ildə “Azərbaycan Respublikasının əməkdar artisti” adına layiq görülüb.
2008-ci il 17 sentyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə xalq artisti adına layiq görülüb.
Ailəlidir. Dəniz adlı bir qız övladı var.

Paylaş: