Nəsibə Zeynalovanın nəvəsi, Cahangir Novruzovun qızı medalla təltif edilib
Tarix: 24-06-2020, 10:34



Ötən gün Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında
sərəncam imzalayıb.
Open.az xəbər verir ki, Prezidentin sərəncamı ilə təltif olunanlar arasında görkəmli sənətkar Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova da yer alıb.
Belə ki, Nəsibə Mütəllib qızı Əsgərova dövlət qulluğunda səmərəli fəaliyyətinə görə medalla təltif edllib.
Qeyd edək ki, Nəsibə Əsgərova uzun illərdir Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Rəsmi sənədlərdə Nəsibə Mütəllib qızı Əsgərova kimi qeyd edilən Nəsibə xanım, Xalq artisti, görkəmli sənətkar Cahangir Novruzovun qızıdır.

Paylaş: