Murad Arif "Popumuz var"ı efirə daşıdı
Tarix: 23-06-2020, 09:24



Aparıcı-bəstəkar Murad Arif ölkə şou-biznesinə səs salan "Popumuz var" adlı internet-layihə artıq televiziyada yayımlanır. Sputnik Azərbaycan xəbər verir ki, avtomobil idarə edərək ölkə tanınmışları ilə həmsöhbət olunan veriliş dünən "İctimai" TV-də ilk efir üzü görüb. Proqramın TV-dəki ilk qonağı Respublikanın Əməkdar artisti Bəhram Bağırzadə olub.
Qeyd edək ki, "Popumuz var" verilişinin yaş həddi +18-dir. Proqramda TV verilişlərinə xas olmayan sərbəstlik və açıqsözlülük var. İki il öncə Murad Arif bu proqramın heç bir televiziyada yayımlanmasını istəməsə də, bu dəfə fikrindən daşınıb.


Paylaş: