Murad MTRŞ-yə canlı efirdə cavab verəcək
Tarix: 16-10-2017, 17:19


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Maşın” reality şousunu sərt tənqid edib. O bildirib ki,  layihənin aparıcısı Murad Dadaşov efir etikasına zidd situasiya yaranan zaman iştirakçılara müdaxilə etmir.
“Qafqazinfo” mövzu ilə bağlı M. Dadaşovla əlaqə saxlayıb. O, xəstəxanada olduğunu, bu barədə danışmaq istəmədiyini bildirib. 
Bundan başaqa, realiti şounu ərsəyə gətirən “M Group Production”un mətbuat nümayəndəsi Əzizə Dünyamalıyeva da mövzuya münasibət bildirməkdən imtina edib. 
O bildirib ki, Murad Dadaşov MTRŞ-nin iradlarına canlı yayımda cavab verəcək. 

Paylaş: