"Bu günlərdə bir-birimizə dəstək olmağa çalışırıq"
Tarix: 22-06-2020, 15:40




“Karantin bitsəydi, bir-ki ay toy mövsümü olacaqdı, sonra Məhərrəmlik ayı başlayacaqdı. Musiqiçilər, müğənnilər bilir ki, hər zaman yay aylarında toylar az olur. Bu il isə pandemiyaya görə toysuz qaldıq. Bu, bizdən asılı bir problem deyil. Bütün dünyada vəziyyət belədir. Sənətçilər olaraq bu çətin vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Şükür Allaha ki, çıxış yolu da tapırıq”. 
Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Roza Zərgərli deyib. O, pandemiya günlərrində sənətçilərin işsiz qalmasına belə münasibət bildirib:
“Bu günlərdə bir-birimizə dəstək olmağa çalışırıq. Maddi vəziyyətim hazırda nə çox pis, nə də əladır. Yanımda çalışan insanlar var, lakin onlar mənim əlimə baxmırlar ki, pis vəziyyətdə qalım. Elə sənət adamları var ki, ailə başçısıdır, maddi durumları yaxşı vəziyyətdə deyil. Yenə də səbir etmək lazımdır”.
Sənətçi sosial mediada da reklamların azaldığını deyib: “İnstaqram hesabımda milyon yarımdan çox izləyici var. Amma hər məhsulu reklam etmirəm, reklam az götürürəm. Hazırda reklam işləri də zəifləyib. Bu da şirkətlərin maddi vəziyyəti ilə bağlıdır. Hər bir halda səbir etmək lazımdır”.

Paylaş: