"Çörək dərdi çəkirik, doğum günü heç yada düşmür"
Tarix: 20-06-2020, 09:03




Üç gün öncə doğum günü olan Əməkdar artist Elnarə Abdullayeva çox çətin günlər keçirdiyini bildirib. 

Muğam ifaçısı Moderator.az-a açıqlamasında karantinə görə bütün işlərinin yarımçıq qaldığını bildirib:

“Doğum günü var? Gün var ki, doğum günü də olsun. Allaha and olsun artıq başımızı “itirmişik”. Çörək dərdi çəkirik, doğum günü heç yada düşmür. Hamısı boş-boş şeylərdir. Heç dünyanın düz vaxtı ad günüm yadıma düşmürdü”. 

E.Abdullayeva yaşıyla bağlı elə bir kompleksinin olmadığını deyib:

“Nə kompleksim olacaq ki, bizim taylarımız artıq baş daşından baxır. O dünyada bizə qayıb yazırlar ki, bu gün də gəlmədilər. Belə baxanda nə yaşımız var ki, üzü o tərəfə gedirik və bir az da karantini uzatsalar, daha da tez gedəcəyik. (Gülür) Quran haqqı, ürəyim partlayır. İnanırsınız ki, bir gündəyəm ki, bütün sistemim pozulub, işlərim yarımçıq qalıb. Allaha dua edirəm ki, bu işlər düzəlsin. Yenə Allahın bir manatını qazandırdıq, neçə aydır evdəyik, pul-para yoxdur. Bir onu arzu edirəm ki, Allah dadımıza çatsın”.


Paylaş: