“Mənə dedilər ki, anan ölüb-ölüb də” – Xalq artisti efirdə ağladı
Tarix: 16-10-2017, 15:47


ARB TV-nin “Ömrün fəsilləri” proqramının budəfəki qonağı Xalq artisti, müğənni Nisə Qasımova olub.
Xalq artisti proqramda anasından danışıarkən göz yaşlarını saxlaya bilməyib.
“Mən anamı itirəndən sonra ona hər gün yanıram, hər gün ağlayıram. Arada dostlarımla söhbət edirik, sənətdən danışıram qayıdıram anaya, dostluqdan danışıram, qayıdıram anaya. İndi də ürəyim bərk sancır. Həmkarlarımdan biri demişdi ki, əşi, ölüb ölüb də. Hamının anası ölür. Amma elə deyil, əzizim. Mən istəyirəm qulağını yaxşı və gözünü yekə açasan. Sən və sənin kimilərinin duruşundan bəllidir ki, nə uşaq vaxtından ana qədri bilməmisən, nə dünyasını dəyişəndən sonra, nədəki ana olandan sonra. Xahiş edirəm heç vaxt deməyin ki, anası 85 yaşında öldü, ömrün yaşadı. 119 yaşında sağ analar var. Övladlari ona yaxşı baxırlar. Bu övladların mən qadasını alım. Hansı həmkarım ki, anasını sevir, o, həmkarımla aramda soyuqluq qalmır”.



Paylaş: