İnstaqramda narkotikə meyxana deyən 54 yaşlı kişi hakim qarşısında
Tarix: 18-06-2020, 11:05




Sosial şəbəkələrdə narkotik vasitələrin təbliğatını aparan 54 yaşlı şəxs məhkəmə önünə çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilən Abidin Məhərrəmovun cinayət işi üzrə məhkəmə araşdırması başalyır. İşə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

Rəsmi məlumata görə, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin feysbuk və instaqram sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov sosial şəbəkələrdə açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntü də paylaşıb.

Saxlanılan A.Məhərrəmovun üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi firlada bükülmüş narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək, maddi sübut kimi götürülüb.

Paylaş: