“Müşfiq Mədətov qardaşım deyil” - Anar Mədətovdan AÇIQLAMA
Tarix: 16-10-2017, 12:41


“Müşfiq Mədətovun hazırda səhhəti normaldır. Baş verən hadisə ilə bağlı araşdırılma aparılır”

Bunu AzVision.az-a Müşfiq Mədətovun yaxın qohumu olan tanınmış prodüsser Anar Mədətov deyib.
Prodüsser M.Mədətovun onun qardaşı olması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Bildirib ki, Müşfiq onun qardaşı deyil, əmisioğludur.

“Müşfiq mənim əmim oğludur, qardaşım deyil. Jurnalistlər bu məsələdə diqətli olsunlar”.

Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi olmuş Müşfiq Mədətov oktyabrın 14-də “İçərişəhər” stansiyasının yaxınlığında silahlı hücuma məruz qalıb. Bir qrup şəxs bıçağın dəstəyi ilə ona xəsarət yetiriblər. Cinayətkarların tutulması üçün keçirilən əməliyyat zamanı atışma olub. Silahlı insident nəticəsində polis rəisinin müavini yaralanıb.


Paylaş: