"Əvvəla, açıq havada karantin rejimi pozulmur..."
Tarix: 16-06-2020, 12:21




Müğənni Kərim Abbasov karantin rejimində səhnədən video paylaşması ilə bağlı məsələyə aydınlıq gətirib. “Qafqazinfo” xəbər verir ki, o, ittihamlarla razılaşmadığını, görüntülərin arxiv olduğunu qeyd edib:
“Dörd gün əvvəl “artıq şou proqramlara start verildi” adlı paylaşımdan sonra keçmiş tədbirlərimdən bir video yaydım. Burada məqsəd sərt karantin günlərində sıxılan insanları az da olsa ötən günlərə qaytarmaq idi, baxmayaraq ki, bu video “yeni tədbir” adı altında idi. 
Əvvəla, açıq havada karantin rejimi pozulmur, əgər bu, rejim pozmaqdırsa, getsinlər avtobuslara və metroya baxsınlar, sıxlıq var. Mənim bölüşdüyüm bir videoya görə bunu necə öz marağınıza uyğun fırladıb yaza bilirsiz? Siz nə qədər insanın səbəbsiz yerə çörəyinə bais olursuz... Guya bilmirsiz ki, bu karantin günlərində heç yerdə tədbir keçirilmir? “Resttime”nin kollektivindən üzr istəyirəm. Mənim bir videom ucbatından başları ağrıdı”.
Qeyd edək ki, K. Abbasov videonun köhnə olduğunu iddia etsə də, o, xüsusi karantin rejiminin tətbiqindən, yəni dörd ay sonra səhnəyə çıxdığını bildirmiş, görüntüləri yeni kimi təqdim etmişdi.

https://ok.ru/video/1732188768874​​​

Paylaş: