“Mikayıl Müşfiqlə mənim taleyimdə oxşarlıq var”
Tarix: 16-06-2020, 09:48



“Anamı on beş yaşımda itirmişəm. Bu da insana böyük təsir edir. O həsrət, yanğı insanın içində qalır. Ananı axtarırsan”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Eyyub Yaqubov “Ağ-qara” proqramında qonaq olarkən deyib.
Sənətçi anasını erkən yaşında itirdiyini, dahi şair Mikayıl Müşfiqlə oxşar tale yaşadığını qeyd edib: “Allah özünü ananın vasitəsilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanlı insanların qəlbində olur.
Allah Mikayıl Müşfiqə rəhmət eləsin. Onlar həyatlarını, canlarını həqiqət, gözəllik uğrunda fəda etdilər, şəhid oldular. Müşfiq erkən yaşlarında anasını itirmişdi. Ona görə yazdığı şeirdə “Ana dedim, fəqət onu görməz oldum yanımda...” deyə bildirib. Müşfiqlə mənim taleyimdə müəyyən dərəcədə oxşarlıq var”.

Paylaş: