"Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun" - Hacı Nuran Bəhrama donor olmağa hazırdır
Tarix: 15-06-2020, 14:45



Xəbər verdiyimiz kimi əməkdar artist Bəhram Bağırzadə Covid-19 ayoluxub, vəziyyəti ağır olaraq qalır. Həkim vəziyyət haqqında danışarkən bildirib ki, əməkdar artistin ağ ciyərinin 90 faizi sıradan çıxıb.

BiG.AZ xəbər verir ki, məşhur aparıcı Hacı Nuran Bəhramla birlikdə görüntüləndiyi fotoları paylaşaraq ona könüllü donor olmaq istediyini yazıb:

“Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir ... Belə anlarda seyrci qalmayacağım hamıya bəllidir ... Könüllü olaraq ağ ciyər donoru olmağa qərar verdim ... Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın ... Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun ... Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir ... Tanrı möcüzə göstərsin, Bəhram ... Sən bizə, dostlarına, ailənə, tamaşaçılara çox lazımsan ...”

"Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun" - Hacı Nuran Bəhrama donor olmağa hazırdır - FOTO

Paylaş: