Bu gün Çingiz Mustafayevin anım günüdür
Tarix: 15-06-2020, 10:26


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin şəhid olduğu gündür.
Yenisabah.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə anadan olub. 
Çingiz Mustafayevin əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.
Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. 
O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.
Allah rəhmət eləsin. 

Paylaş: