“Sevgisizlik” Londonda Qran-Pri aldı
Tarix: 16-10-2017, 09:51


Rus rejissor Andrey Zvyagensevin “Sevgisizlik” adlı yeni flmi 61-ci Beynəlxalq London KinoFestivalında (BFI London Film Festival) Qran-Pri qazanıb. Kulis.azın rus məbuatına istinadən verdiyi məlumata görə “Sevgisizlik” rəsmi müsabiqədə iştirak edən yeganə rus filmi olub.
 
Filmin prodüser bildirib ki, mükafatı Andrey Zvyagensevin istedadının qəbul olunması kimi qiymətləndirir.
 
Premyerası Kann festivalında baş tutan filmin Britaniya kinoteatrlarında gələn ilin fevral ayında nümayiş olunacaq.

Paylaş: