“Mənə heç kim bağ hədiyyə etməyib...”- Xalq artisti Nanənin dediyini təkzib etdi...
Tarix: 13-06-2020, 09:29



Xalq artisti Elmira Rəhimova bu gün səhər Nanə Ağamalıyevanın “Şou ATV” verilişində qonaq olub. Verilişdə Hacı Nuran Hüseynov və şeyxülislam Hacı Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə də iştirak edib. Veriliş zamanı N.Ağamalıyeva Elmira xanıma bağ hədiyyə edildiyini bildirib. 

Moderator.az-ın əməkdaşı məsələylə bağlı E.Rəhimovayla əlaqə saxlayıb və Elmira xanıma heç kimin ona bağ hədiyyə etmədiyini bildirib:

“Veriliş bu gün səhər oldu. Mən də elə dərman atıb verilişə getdim, səhhətim heç də yaxşı deyil. İndi də evdəyəm, təzyiqim var. Veriliş əslində mənə yox, Hacı Nurana həsr olunmuşdu. Hacı Nuranı oğlum kimi çox istəyirəm, o, mənə ana deyir. Qaldı ki, mən yaxşı eşitmirəm deyə Nanənin nə dediyini başa düşməmişəm. Mənə heç kim bağ hədiyyə etməyib”.

Paylaş: