Xanım məşhurlar arasında gərginlik - “Allah səni öldürsün...”
Tarix: 16-10-2017, 09:49


Ötən gün “Maşın” realiti şousunun növbəti buraxılışı baş tutub. Verilişidə ən passiv iştirakçıları belə sükutu pozaraq mübrizəyə atılıblar. “Qafqazinfo” xəbər verir ki, səsverməyə əməkdar artist Tünzalə Əliyeva çıxıb.  O, hədəfinin Talıb Tale olduğunu söyləyib. 
Oyunun gedişatında Vüsalə Əlizadə İlə Ülviyyə Alovlu arasında qarşıdurma baş tutub. Əlizadə bildirib ki, Alovlu səsverməyə çıxmaqdan qorxur. Lakin, Vüsalənin bu çıxışına Ülviyyə əsəbiləşib və yüksək səslə cavab verib. 
Teleaparıcı jurnalistə normal danışması barədə xəbərdarlıq edib. Ü. Alovlu “Anormal qadın özünsən” deyərək Əlizadəyə sərt cavab verib. 
Hər iki tanınmışın mübahisəsinə Vüsalə Kərimova da qoşulub:
“Artıq bəsdir, o həddə çatdırmısan ki, dinməyənlər də səsini çıxarır. Sən hamıdan qorxursan. Bu oyundu, nə dürüstük,nə riakarlıq? Kim səni seçmək istəyirsə, onun yanına gedirsən”.
Alovlu isə Kərimovanın ittihamlarını qəbul etməyib:
“Mən riakarlardan qorxuram. Mən Günel deyiləm ki, səndən qorxub ağlayım. Qorxuram? Yalansa Allah səni öldürsün”.
Oyunun sonunda isə T. Əliyeva qalsına 45,81 faiz səs toplayaraq yarışmadan gedib. 

Paylaş: