Alişan Ərdoğanı toyuna çağırdı
Tarix: 14-06-2017, 10:24



“Ya qızı istəməyə, ya da nikahına gələcəm”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. 
Ölkə başçısı məşhurlar üçün verdiyi iftar süfrəsində müğənni Alişanla söhbət edib. 
Sənətçi sözünü tutduğunu, noyabr ayında evlənəcəyini bildirib və Ərdoğanı toya dəvət edib. 
Ərdoğan isə onun təklifinə müsbət cavab verib. 
Xatırladaq ki, Alişan aparıcı Esra Erolun bacısı Eda Erolla nişanlıdır. 
 


Paylaş: